Apr 10 2020 18:06
Elshad Aliyev
Views: 374

Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrup yaradılıb. İşçi Qrupa nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb.


Create Account



Log In Your Account