Aug 15 2018 16:14
Ferah Sabirqizi
Views: 734

“Gənclik Mall” TM-də yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı müziklin ekslüziv nümayişi keçirilib.

Tədbirdə qonaqlar arasında iştirak edən məşhur səs rejissoru Azad Vəliyev filmə baxdıqdan sonra bildirib ki, "Dolby Atmos" formatında “Mamma Mia! 2” müziklini tamaşaçılara əsl hədiyyə kimi qiymətləndirmək olar: "Filmi izləyən hər kəs xeyli həzz alacaq. Filmdəki musiqi tərcümə və dublyaj olunmayıb. Musiqinin orijinal səslənməsi səsin keyfiyyətindən və filmin rejissorunun göstərmək istədiyi hər məqamdan həzz almaq imkanı verir. Mənə, səs rejissoru olaraq ingilis dilində mahnı yollarından sonra rus dublyajına keçidi izləmək çox maraqlı idi. Ona görə, kinoda səs və texniki hissə ilə maraqlanan adamlara da gəlib, qulaq asıb, izləmək və filmə "Dolby Atmos" formatında baxmaq çox maraqlı olacaq”.

“Mamma Mia! 2” - amerikalı rejissor Oliver Parkerin əfsanəvi Mamma Mia! myuziklın kinoadaptasiyasının ikinci hissəsidir.

Rollarda Kristin Baranski, Lili Ceyms, Amanda Sayfred, Dominik Kuper, Pirs Brosnan, Endi Qarsiya, Culi Volters, Kolin Fert, Stellan Skarsqard, həmçinin Şer və Meril Stri. Bundan başqa filmin produseri rolunda ABBA qrupunun iştirakçıları, filmə öz mahnı və musiqilərini hədiyyə edən Benni Andersson və Byern Ulveus çıxış ediblər.

Film haqqında qısa məlumat: Filmin ikinci hissəsində Sofi anasının arzusunu reallaşdırır - yaşadıqları evi otelə çevirir. Amma heyf ki, Donna bu günü görmür. Filmdə müasir dövrlə paralel olaraq, Donnanın gəncliyində başına gələnlər nümayiş etdirilir. 

Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kimi rəqs etmək və bir könüldən min könülə aşiq olmaq – bundan yaxşı nə ola bilər? Nəinki, yay, hətta bütün həyat üçün möhtəşəm plandır!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!


Create Account



Log In Your Account