Jan 05 2017 10:02
Ulviyye Sabirqizi
Views: 1564

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən CBC-yə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 30-u ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,03% zəifləyərək 1,8638 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0293 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4967 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,4%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% zəifləyərək 0,6564 manat olub.

 


Create Account



Log In Your Account