Mar 18 2020 11:37
Elshad Aliyev
Views: 42

Əmanətlərin Sığortalanması Fondu (ADIF) və ləğv prosesində olan banklar vətəndaş müraciətlərinin qəbulunu elektron qaydada həyata keçirir.

ADIF-dən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatını, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla, Əmanətlərin Sığortalanması Fondu və fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu martın 17-dən 29-dək məhdudlaşdırır.

Bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda “e-gov.az” - “Elektron Hökumət” portalı vasitəsilə “adif.az” saytı üzərindən və “adif@adif.az” e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq. Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.


Create Account



Log In Your Account