Mar 04 2020 14:50
Elshad Aliyev
Views: 49

Bakı ilə Rostov şəhərləri arasında birbaşa sərnişin aviareys təşkil olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Onun sözlərinə görə, bu gün imzalanan sənədə əsasən ilk uçuş martın 30-da həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Bakıda Rusiyanın “Azimut” aviaşirkəti ilə Azərbaycanın “PASHA Travel” şirkəti arasında  hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.


Create Account



Log In Your Account