Mar 26 2020 15:24
Elshad Aliyev
Views: 100

Masallı rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəyə qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə müvafiq olaraq Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələrin üzvləri şəhər, qəsəbə və kəndlərdə aztəminatlı ailələrə sosial xidmətlərin göstərilməsi məqsədilə lazımı tədbirlər görürlər.

Bu xeyirxah işdə rayonun sahibkarları da təşəbbüskarlıq göstərirlər.

Sahibkar Ərzuman Yaqubov çalışdığı topdansatış şirniyyat anbarından 20 min manat dəyərində ərzaq mallarını aztəminatlı ailələrə hədiyyə edib.

Rayon sakinləri koronavirusla bağlı ölkəmizdə aparılan genişmiqyaslı tibb-profilaktiki tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirərək insanların sağlamlığının qorunmasına, onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Create Account



Log In Your Account