May 21 2020 17:03
Elshad Aliyev
Views: 184

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən AZƏRTAC-a bildirilib ki, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.

Hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

 


Create Account



Log In Your Account