Mar 18 2020 16:42
Elshad Aliyev
Views: 88

Sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,  "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyi tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib. 

"Azərişıq"dan “APA-Economics”ə verilən məlumata görə, məcburi köçkünlərin  diqqətinə  çatdırılıb ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranan fövqəladə şəraitdə respublikada əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin  dəstəyi vacib şərtdir.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,  "Azərişıq" və "Azəriqaz"ın nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bildirilib ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.


Create Account



Log In Your Account