Apr 09 2020 12:51
Elshad Aliyev
Views: 88

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri "K.E.-İnşaat" və "Perlit" MMC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 6,76 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə görə, "K.E.-İnşaat" şirkəti tərəfindən Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində 50 ədəd, “Perlit” tərəfindən isə 45 ədəd fərdi yaşayış evləri inşa ediləcək.


Create Account



Log In Your Account