Mar 27 2018 19:00
Naile Hesenova
Views: 407

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycanda keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu martın 27-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib və MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.

Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.

M.Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdiriməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

 


Create Account



Log In Your Account