Nov 25 2019 13:28
Elshad Aliyev
Views: 83

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzində İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Mən bu cahana sığmazam” adlı ədəbi–bədii gecə keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir “Odlar Yurdu” rəqs qrupunun “Yüz bir” rəqsi ilə açılıb.

Bədii rəhbər Gülxanım Abbasova İmaməddin Nəsimi yaradıcılığı haqqında tamaşaçılara məlumat verib. Sonra “Rəssamlıq” kursunun hazırladığı sərgi tamaşaçılara təqdim edilib. Bədii qiraətçilər Nəsiminin qəzəllərini söyləyiblər.


Create Account



Log In Your Account