Jul 10 2020 16:53
Elshad Aliyev
Views: 375

İyulun 9-da Meksika və Azərbaycanın qanunverici orqanları arasında video-konfrans formatında görüş keçirilmişdir. Milli Məclisinin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Jalə Əliyevanın təşəbbüsü ilə Meksika Konqresinin Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun rəhbəri Aqustin Qarsia Rubio ilə görüş baş tutdu. Görüşdə həmçinin Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, eyni zamanda hər iki Səfiriliyin əməkdaşları iştirak etmişdir.

CBC xəbər verir ki, görüş ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə siyasət, iqtisadiyyat, elmi-texniki əməkdaşlıq və humanitar sektoru kimi çoxsaylı sahələrdə inkişafın perspektivlərini təhlil etmək üçün geniş imkanlar təqdim etmişdir. Meksika və Azərbaycanın qanunverici orqanlarının nümayəndələri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə təkan verməyə dair maraqlarını ifadə etdilər. Bu xüsusda, parlamentlərarası qruplarının bütün üzvlərinin iştirak etməsi məqsədi ilə, daha geniş formatda hər iki parlamentlərarası qrupunun görüşlərini həyata keçirməyə dair razılıq ifadə olundu. Tədbir iştirakçıları ikitərəfli münasibətlərin gücləndirilməsində parlament diplomatiyasının rolunu vurğuladılar.

Öz növbəsində, Meksika səfiri Rodriqo Labardini ikitərəfli münasibətlərin, ələlxüsus, səmərəli əməkdaşlığın əsas sütünlarından biri hesab etdiyi iqtisadi-ticari əlaqələrinin panoramasını təqdim etdi. Diplomat məlumat verdi ki, 1995-2014-cü illər müddəti ərzində ikitərəfli ticarətin orta illik göstəricisi 2.2 milyon ABŞ dolları cıvarında idi, amma yalnız son beş il ərzində bu göstərici 12 dəfədən çox artaraq, 28.2 milyon ABŞ dollarından çox olmuşdur (2015-2019). Vurğuladı ki, 2019-cu ildə rekord illik rəqəm qeydə alınmışdır – 52.4 milyon ABŞ dolları.

Həmçinin, tədbir iştirakçıları COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal əməkdaşlıq və həmrəyliyə həsr olunan BMT-nın Baş Assambleyasının xüsusi sessiyasının virtual formatda keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə Meksikanın dəstək verməsini vurğuladılar.

Görüşün sonunda, Parlamentlərarası Qruplarının rəhbərləri, deputat Jalə Əliyeva və deputat Aqustin Qarsia Rubio hər iki parlament arasında əməkdaşığa dair işlərə başlamaları münasibətilə təbriklərini çatdıraraq, iki xalq arasında daha böyük yaxınlaşmaya nail olmaq üçün səyləri davam etdirməyə dair vacibliyi qeyd etdilər.

 


Create Account



Log In Your Account