May 07 2020 13:11
Elshad Aliyev
Views: 53

Belə ki, 2016-ci ildə 5 nəqliyyat vasitəsi idxal olduğunda, 2017-ci ildə bu rəqəm 100-dən çox, 2018-ci ildə isə 600 rəqəmini ötmüşdür, və nəhayət, 2019-cu ildə Azərbaycan 1,467 ədəd Meksika istehsalı nəqliyyat vasitəsini idxal etdi.

CBC xəbər verir ki, son illərdə, Meksikada istehsal olunan avtomobillərin Azərbaycan bazarında iştirakı mühüm dərəcədə artmışdır. Bakıda Meksika Səfirliyinin açılmasından etibarən sözügedən nəqliyyat vasitələrin Azərbaycan tərəfindən idxal olunmasının əhəmiyyətli artımında bu vəziyyət müsbət şəkildə əks olunur.

Bu xüsusda, üç kateqoriya üzrə 2019-cu ildə Meksikada istehsal olunmuş nəqliyyat vasitələri Azərbaycana ən çox ixrac olunan Meksika məhsulu kimi və böyük artım imkanları ilə qeydə alınmışdır.

Növbədə gələn qrafiklərdə göstərildiyi kimi, Azərbaycan tərəfindən idxal olunan əsas kateqoriyaya 1000-1500 sm3 mühərrikli avtomobillər daxildir. 2018-ci il ilə müqayisədə 2019-cu ildə bu növ avtomobillərin artımı 529.17% olmuşdur. 1500-3000 sm3 mühərrikli avtomobillərdə həmçinin artım müşahidə olunmuşdur. Əsasən Azərbaycanın turizm sektorunda istifadə olunan bu növ nəqliyyat vasitələrinin Meksikadan ixracı öncəki il ilə müqayisədə 55.33% çoxalmışdır. Sözügedən dövr ilə müqayisədə isə 1000 sm3 qədər mühərriki olan nəqliyyat vasitələrinin ixracı isə 440% yüksəlmişdir.

Azərbaycanda turizm sektorunun yüksəlməsinə uyğun olaraq Meksika istehsalı olan 1500-3000 sm3 mühərrikli nəqliyyat vasitələrinə tələbatın artmaqda davam edəcəyi gözlənilir.

2019-cu ildə Meksika bütün dünyaya Nissan, General Motors, Volkswagen, Toyota, Kia, Honda, Mazda, Ford və digər şirkətlərə aid 3.3 milyon avtomobil ixrac etmişdir.

 

 


Create Account



Log In Your Account