May 13 2020 16:40
Elshad Aliyev
Views: 163

Meksikanın Azərbaycandakı Səfirliyi ənənəvi olaraq IMAGINE Avropa Tolerantlıq Festivalında iştirak edir. Bu il də istisna olmayıb. Musiqiçilər Kristina Kabrera (arfa) və Luis Qarsiya İretadan ibarət meksikalı duet IMAGINE festivalı çərçivəsində baş tutan #onesongforbaku virtual konsertdə çıxış etdi. Səfirlikdən CBC-yə verilən məlumata görə, qarşılaşdığımız çağırışın öhdəsindən birgə gəlmək üçün festival proqramının şüarı həmrəylik və dostluqdur.

Meksikalı duetə gəldikdə isə, gitara ifaçısı Luis Qarsiya İreta və arfa ifaçısı Kristina Kabreradan ibarətdir. Luis Qarsiya İreta musiqiçi, prodüser, aranjımançı, eyni zamanda müasir, Latın Amerika, klassik musiqisi və elektrik gitara üzrə müəllimdir.

Kristina Kabreranın ifası isə Verakruz, və ümumilikdə, Meksika musiqisinin çalarlarını əks etdirir. Eyni zamanda, ifasında Venesuela və Paraqvay musiqisinin də təsiri vardır. Arfa ifaçısı çoxsaylı milli və beynəlxalq festivallarda iştirak etmişdir. Müxtəlif konsert və musiqi proqramları çərçivəsində Almaniya, Fransa, Norveç, Belçika, İsveç, İsveçrə, İspaniya, İngiltərə və ABŞ-da çıxış etmişdir.

Meksikanın Azərbaycandakı Səfirliyi bu meksikalı duetin ifa etdiyi musiqi vasitəsilə Azərbaycan publikasına əmin-amanlıq və rifah arzularını çatdırır.

 


Create Account



Log In Your Account