Jul 09 2020 14:52
Elshad Aliyev
Views: 65

“COVID-19 pandemiyası Moskvada geri çəkilməyə davam edir, yeni yoluxma dalğası baş verməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, yoluxmanın maksimal səviyyəsinin qeydə alındığı may ayının əvvəli ilə müqayisədə bu gün koronavirusa yoluxma halları təxminən 10,7 dəfə azalıb. Mer koronavirus xəstəxanalarının yüklənməsinin də 3,9 dəfə azaldığını deyib.

O, müsbət tendensiyanın paytaxtda məhdudlaşdırılmaların aradan qaldırılmasının növbəti mərhələsinə keçməyə imkan verdiyini söyləyib.


Create Account



Log In Your Account