Apr 20 2020 16:58
Elshad Aliyev
Views: 71

Almaniyada karantin qaydalarının nəzarətsiz və tələsik yumşaldılması təhlükəlidir və epidemiyanın ikinci dalğasının yaranmasına gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 20-də AFR Kansleri Angela Merkel Xristian-Demokrat İttifaqının Rəyasət Heyətinin işgüzar müşavirəsində bəyan edib.

Məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması ətrafında diskussiyanı "vakxanaliya" adlandıran Kansler xəbərdarlıq edib ki, AFR-də koronavirus infeksiyasının inkişafı əleyhinə mübarizədə əldə olunmuş son nailiyyətlər bütünlüklə itirilə bilər. Merkel yaranmış vəziyyətin mənzərəsini daha aydın görmək üçün həmin mövzuda yeni müşavirəyədək gözləməyə çağırıb.


Create Account



Log In Your Account