Apr 14 2017 14:39
Ulviyye Sabirqizi
Views: 253

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin  aprelin 14-dən 15-nə keçən gecə  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən CBC-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturunun gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

Tibbi- meteoroloji proqnoz

Aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas 
insanlarda narahatlıq yarada bilər.  

 


Create Account



Log In Your Account