Sep 06 2017 15:25
Naile Hesenova
Views: 103

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
 
Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava, atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 


Create Account



Log In Your Account