Jan 28 2017 11:00
Ulviyye Sabirqizi
Views: 2419

Dünya şöhrətli britaniyalı aktyor Con Hört 77 yaşında vəfat etdi.

CBC-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Hollywood Reporter" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, 2015-ci ilin iyununda Hörtə mədəaltı vəzinin xərçəngi diaqnozu təyin edilib.

Qeyd edək ki, Hört 4 dəfə BAFTA və 1 dəfə "Qızıl qlobus" mükafatının laureatı olub.

Aktyor “İndiana Cons”, “1984”, “Özgə”, “V” deməli Vendetta”, “Harri Potter” kimi populyar filmlərdə çəkilib.
 

 


Create Account



Log In Your Account