Jan 26 2019 14:43
Ferah Sabirqizi
Views: 162

Məşhur fransız bəstəkarı, pianoçu və müğənni Mişel Leqran ömrünün 87-ci ilində dünyasını dəyişib. Bəstəkar yarım əsrlik karyerası ərzində çoxsaylı filmlərin musiqi müəllifi kimi tanınır. O, “Şerburq çətirləri”, “Tomas Kraunun fırıldağı”, “Şirin noyabr” filmlərinə yazdığı musiqi ilə məşhurdur.

Bəstəkar Frenk Sinatra, Şarl Aznavur, barbara Streyzandla işləyib, 200-dən çox filmə musiqi yazıb. 

Mişel Leqran üç “Oskar”, beş “Qremmi” və bir “Qızıl Qlobus” mükafatının sahibidir.  


Create Account



Log In Your Account