Jan 18 2017 17:58
Ulviyye Sabirqizi
Views: 1753

Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib.

Bunu futbolçunun vəkili Mohammed Osman açıqlayıb.

Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apelyasiya verəcək.

Qeyd edək ki, Abutrika 2006-cı və 2008-ci illərdə Misirin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, 2007-ci və 2008-ci illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğuya əsasən dünyanın ən populyar futbolçusu seçilib.

 


Create Account



Log In Your Account