Mar 02 2020 15:10
Elshad Aliyev
Views: 50

Dövlət qurumlarında lisenziyalı proqram təminatının quraşdırılması aşağı səviyyədə həyata keçirilir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Microsoft-Azerbaijan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, dövlət buna investisiyalar ayırıb, “Microsoft” isə lisenziyaları təqdim edib: "Buna baxmayaraq, dövlət qurumları bunları quraşdırmayıb. Bu gün onların quraşdırılması çox aşağı səviyyədədir. Biz çox arzu edərdik ki, qurumlar bu istiqamətdə maarifləndirmə aparsınlar. Biz də öz növbəmizdə bu işə qoşulmağa hazırıq. İstəyərdik, alınan lisenziyalar quraşdırılsın. Ondan sonra isə lisenziyaların hansı imkanlarının yaradılması haqqında danışa bilərik".


Create Account



Log In Your Account