Mar 31 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1273

Aprelin 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən CBC-yə verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti,  gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-65 %  təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi  arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. 

 


Create Account



Log In Your Account