Nov 12 2019 13:48
Elshad Aliyev
Views: 67

Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir: “Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı proqnozlaşdırılır. Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artımı gözlənilir. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir".

M.Cabbarov əlavə edib ki, Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb.

Nazir qeyd edib ki, növbəti ildə proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir: “Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.


Create Account



Log In Your Account