Sep 08 2018 15:13
Ferah Sabirqizi
Views: 1341

Azərbaycanın əməkdar artisti Rafael Abasovun seçilmiş əsərlərindən ibarət kitab çapdan çıxıb. Burada sənətçinin əlindən çıxan təbiət mənzərələri, tanınmış şəxslərin portretləri, natürmortlar və digər rəsmlərin fotoları toplanılıb. Bunlar arasında  onun müxtəlif illərdə ərsəyə gətirdiyi  "Düşüncələr” ("Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti” (1996), "Qayğılı anlar” (2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), "Akademik Məzahir Abbasovun portreti” (1988), "Kəndli oğlan” (1984), "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin” (2009), "Xalq artisti Fuad Poladovun portreti” (2006) və s. portret-kompozisiyalar var.

R.Abasov hələ ötən əsrin ortalarından keçmiş SSRİ məkanında geniş yayılan “sərt üslub”un özünəməxsus bədii prinsiplərinə tapınan rəssam kimi bütün janrlarda uğurla fəaliyyət göstərməkdədir. O, haqlı olaraq rəngkarlıq məkanında imzası axtarılan müəlliflərdən biridir. Bu gün onun müxtəlif mövzulu əsərlərinin bədii-estetik tutumunu çoxdan klassikləşən sərt görüm tərzinə bir qədər də duyğulandırıcı lirik-romantik və ruh-ovqat qatılması səciyyələndirir.

Respublikanın əməkdar rəssamı Rafael Abasovun əsərləri Türkiyə, Fransa, ABŞ, Çexiya, Polşa, Danimarka, Rusiya, Finlandiya, Bolqarıstan və sair ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir.


Create Account



Log In Your Account