May 09 2020 11:30
Elshad Aliyev
Views: 53

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görülür.

Növbəti belə tədbirlərdən biri də Şəmkirdə keçirilib. Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları əhalinin sıx toplaşdığı yerlərdə-poçt məntəqələrinin, bankların, idarələrin qarşısında vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edərək sosial məsafənin yaradılmasını təmin edib. Tibbi maskası olmayan sakinlərə maska paylanılıb.


Create Account



Log In Your Account