Nov 15 2019 11:20
Elshad Aliyev
Views: 182
Dünyada maraqla gözlənilən filmlərdən birinin – “Çarlinin mələkləri"nin davamının Bakıda media üçün qapalı nümayişi baş tutub. Nümayiş hər dəfə maraqlı təqdimatlarla çıxış edən “Park Cinema”da baş keçirilib. 
 
CBC.az xəbər verir ki, təqdimatda media təmsilçiləri ilə yanaşı, tanınmış sənətçilər və şou-biznes nümayəndələri iştirak edib.
 
Əvvəlki seriyalarda Dryu Berrimor, Lyusi Lui və Kameron Diasın oynadığı mələkləri bu dəfə Kristen Stüart, Naomi Skott və Ella Balinska ifa ediblər. Rejissoru Elizabet Benks çıış edib. O, həm də prodüserliyinə razılıq verib. 
 
Filmin prodüserləri sırasında  ilk iki filmin ulduzu Dryu Berrimor da var. Qeyd etmək yerinə düşər ki, filmin İstanbulda aparılan çəkilişlərində yaradıcı heyətdə azərbaycanlı xanım Rəna Allahverdoyeva  da rejissor assistenti kimi çıxış edib. Rəna da ilk dəfə olaraq filmi məhz Bakıda keçirilən qapalı nümayişdə izlədi. 
 
Filmin süjetinə görə Çarli özünün məxfi xidmətinin miqyasını genişləndirib. Artıq dünyanın çox ölkəsində Çarlinin təşkilatı qurulub, hər yerdə mələklərə yardım edənlər var. Filmin sonunda Çarli ilə mələklər arasında vasitəçi kimi çıxış edən Boslinin əslində öz işçilərinə xəyanət etdiyi məlum olur.
 
 55 milyon dollara başa gələn filmin təqdimata eyni zamanda bir neçə ölkədə baş tutub. 
 
“Çarlinin mələkləri”nin ilk seriyası 1970-ci ildə ekranlara çıxıb. Sonradan 2000 və 2003-cü illərdə Dryu Berrimorun iştirakı ilə ən populyar seriyalar işıq üzü görüb. 2011-ci ildə Berrimor mələklər haqqında serial çəkməyə başlayıb. Lakin bu serial uğur qazanmadığına görə , 4 seriyadan sonra ABC-də onun yayımı dayandırılıb. 
 

Create Account



Log In Your Account