Mar 06 2020 17:00
Elshad Aliyev
Views: 194

Milli Arxiv İdarəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə qurumun rəhbəri Əsgər Rəsulov çıxış edərək Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduğuna diqqət çəkib. Xalqımızın əsrlərboyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin qorunmasında və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətlərini qeyd edib.

Diqqətə çatdırılıb ki, respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli şərait mövcuddur.

Ə.Rəsulov vurğulayıb ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşların 82 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar.

O, rəhbərlik etdiyi qurumda çalışan xanımlarla yanaşı, ölkəmizin bütün xanımlarını 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.


Create Account



Log In Your Account