May 13 2020 15:20
Elshad Aliyev
Views: 55

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrin 30-cu illərinə aid Qarabağ xalçası (Şabalıdbuta) saxlanılır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, xalçanın yerliyi tünd qara ipəkdən toxunub, yelən və ara sahədən ibarətdir. Ərişi və arğacı pambıqdan, xovu isə yundandır. Mərkəzi hissəsi ağ, göy, qırmızı rəngli butalar və butanın içərisi güllərlə doldurulub. Ara sahəyə sıralanmış rəngarəng “Cıqqa-buta” ornament motivləri, yelən haşiyədə isə ensiz “mollabaşı” naxış zolaqları arasında “hörük-buruq” adlı ana haşiyə zolağı toxunub. Hər iki tərəfi saçaqlı olan bu nəfis məmulatda altı rəngdən istifadə olunub. 2009-cu ildə muzeyin bərpaçı-rəssamı Gülnarə Məmmədova tərəfindən xalçanın tərs üzünə kətan parça bərkidilib.

Qeyd edək ki, fondda qorunan bu xalça XIX əsr etnoqrafiyamızın tədqiqi baxımından əhəmiyyətlidir.


Create Account



Log In Your Account