May 15 2020 13:10
Elshad Aliyev
Views: 164

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı elektron məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığı, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Əbdürrəhim bəy Haqverdiyev haqqında, əsərləri, haqqında, xatirəsinin əbədiləşdirilməsi, filmoqrafiya, fotoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında yazıçının Azərbaycan, türk, rus və ingilis dillərində əsərləri, audio-kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan əsərləri, səhnələşdirilmiş əsərləri, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. http://anl.az/el/emb/E.Haqverdiyev/index.html


Create Account



Log In Your Account