May 05 2020 14:06
Elshad Aliyev
Views: 130

Azərbaycan Milli Kitabxanası “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi günü” adlı virtual sərgini təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, onların cəmiyyətə inteqrasiyası, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar nümayiş olunur.

Sərgi ilə tanış olmaq üçün verilən linkdən istifadə edə bilərsiniz: http://anl.az/el/vsb/Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.


Create Account



Log In Your Account