May 05 2020 15:32
Elshad Aliyev
Views: 59

Milli Məclis Aparatının Əsasnaməsi hazırlanır. APA-nın məlumatına görə, bu barədə Milli Məclis Sədri Sahibə Qafarova Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə müvafiq tapşırıq verib.

İndiyə qədər Milli Məclis Aparatının Əsasnaməsi olmayıb. Parlamentin Aparatının fəaliyyəti Milli Məclisin Daxili Nizamnaməsinin ümumi maddələrinə əsaslanıb. Ancaq Milli Məclis Aparatının fəaliyyəti barədə normativ-hüquqi akt zəruri olduğu üçün belə bir Əsasnamənin hazırlanması vacib sayılıb.

Milli Məclis Aparatının Əsasnaməsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcək.

 


Create Account



Log In Your Account