Nov 13 2019 12:12
Elshad Aliyev
Views: 65

Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam edir. 

APA-nın məlumatına görə, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər. İclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələrinə, eləcə də Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, layihələrin müzakirəsinə noyabrın 12-də başlanıb, noyabrın 14-də başa çatacaq. 


Create Account



Log In Your Account