Feb 18 2020 12:34
Elshad Aliyev
Views: 110

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.  

Sessiya çərçivəsində ATƏT PA sədrinin, Baş katibinin hesabatları dinləniləcək, komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.  

İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək


Create Account



Log In Your Account