Nov 15 2019 10:34
Elshad Aliyev
Views: 40

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. 

APA-nın xəbərinə görə, payız sessiyasının növbəti plenar iclası noyabrın 19-da keçiriləcək. 

İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bunlar, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələridir.


Create Account



Log In Your Account