Mar 06 2020 13:11
Elshad Aliyev
Views: 55

Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, həm də bir çox xalqların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə yeni həyat başlayır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi münasibətilə təşkil edilən “Novruz gəlir, yaz gəlir” adlı xüsusi əyləncəli proqram davam edir.

Proqramda muzeyin azyaşlı ziyarətçilərə Novruz adətlərindən bəhs olunur və onlar üçün müxtəlif ustad dərsləri keçirilir. Həmçinin, Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla tədbirə xoş ovqat qatacaqlar.

Həmçinin, balacalar muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” ekspozisiyasını izləmək imkanı qazanırlar.

Qeyd edək ki, proqram mart ayı boyunca davam edəcək.


Create Account



Log In Your Account