Jan 04 2019 13:38
Naile Hesenova
Views: 116

Azərbaycanın milli parklarına ötən il ərzində səfər edən yerli və xarici turistlərin sayı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci il ərzində ümumilikdə 79 997 turist səfər edib, bunların 72 519-u yerli, 7 478-i isə xarici vətəndaş olub.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir.

Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

 


Create Account



Log In Your Account