Feb 07 2019 15:55
Ferah Sabirqizi
Views: 165

Ümumtəhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş imtahanlarda 2018-ci ilin noyabr-dekabr aylarında paytaxt üzrə ibtidai sinif və fənn müəllimləri üçün keçirilən ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllimin iştirakı nəzərdə tutulur.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.


Create Account



Log In Your Account