Mar 30 2020 14:35
Elshad Aliyev
Views: 71

“Azərbaycan Bayrağı” ordeni Milli Qəhrəman adından sonra 2-ci ali ordendir. Amma bu ordenlə təltif edilmiş şəhid ailələrinə heç bir maddi təqaüd verilmir”.

APA-nın məlumatına görə, bunu millət vəkili Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Mənim seçicilərim arasında bir ana var ki, iki övladı şəhid olub. Bizim üçün bütün şəhidlərimiz dəyərlidir. Amma Milli Qəhrəman ailələri kimi, “Azərbaycan Bayrağı” ordeni alan şəhidlərin ailələrinə də təqaüd verilməsi yaxşı olardı”, - deyə M. İbrahimqızı bildirib.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, üç “Azərbaycan Bayrağı” ordeni alan şəxslər Milli Qəhrəmana bərabər sayılır: “Ona görə də bu məsələ ətrafında müzakirə aparmağa ehtiyac yoxdur”.


Create Account



Log In Your Account