Apr 24 2020 14:18
Elshad Aliyev
Views: 81

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib.

APA-nın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən M. İbrahimqızı deyib ki, Türkiyə və digər ölkələrdə il ərzində müəyyən bir həftədə şəhidlərin xatirəsi yad edilir.

Millət vəkili Azərbaycanda da şəhidlərin yad edilməsi üçün müəyyən həftənin müəyyənləşdirilməsini və təqvimə daxil edilməsini təklif edib.

Onun sözlərinə görə, həmin həftə ərzində Azərbaycanda bütün şəhidlərin xatirəsi yad edilər.


Create Account



Log In Your Account