Mar 16 2020 17:16
Elshad Aliyev
Views: 98

Bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin qapalı iclası keçirilib.

APA-nın məlumatına görə, iclas 1 saat 45 dəqiqə davam edib.

İclasda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verib. Daha sonra isə deputatların mövzu ilə bağlı sualları cavablandırılıb.

Daha sonra İnzibati və Cinayət Məcəlləsinə dəyişiklik, Səhiyyə komitəsinin 2020-ci il üçün nəzərdə tutulmuş iş planın layihəsi müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Create Account



Log In Your Account