Feb 19 2020 17:00
Elshad Aliyev
Views: 103

Milli Məclisin deputatları İsrail və Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

Naqif Həmzəyev isə Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.


Create Account



Log In Your Account