Dec 17 2019 12:56
Elshad Aliyev
Views: 117

Bu gün Azərbaycan iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır.

AZƏRTC xəbər verir ki, bu barədə dekabrın 17-də Bakıda keçirilən “Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda seminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

O bildirib ki, yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 65,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artıb. Əlavə dəyərin 6,2 faizi məhz kənd təsərrüfatının payına düşür. Yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6,9 milyard manat təşkil edib ki, onun da 3,4 milyard manatı heyvandarlıq, 3,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür.


Create Account



Log In Your Account