Mar 19 2021 13:07
Elshad Aliyev
Views: 141

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

 


Create Account



Log In Your Account