Feb 20 2019 11:29
Ferah Sabirqizi
Views: 184

Fransız moda evi “Channel”in əfsanəvi sənət direktoru, alman dizayner Karl Lagerfeld 85 yaşında vəfat edib.

Hamburqda dünyaya gələn Lagerfeld moda sənayesinin ən məhsuldar ve yaradıcı nümayəndələri sırasında yer alırdı. Modelyer öz adına yaratdığı brend ilə bərabər, “Fendi” moda evi üçün də kolleksiyalar hazırlayırdı.

Əfsanəvi modelyer Karl Lagerfeldin xatirəsini yad etmək üçün onun pərəstişkarları Şanelin Parisdəki butikinin önünə güllər düzüb.

Modelyer öz adına yaratdığı brendlə bərabər, “Fendi” moda evi üçün də kolleksiyalar hazırlayırdı. O və Yve Sen Loran Fransanın sonuncu iki ən böyük modelyeri hesab olunurdu.

1933-cü ildə Hamburqda dünyaya gələn Lagerfeld 1952-ci ildə Parisə köçüb. 1974-cü ildə Lagerfeld öz xəttini - "Karl Lagerfeld Impression"u yaradıb. 1983-cü ildən Chanel-in kreativ dizayneri olub. Onun fəaliyyəti dövründə Chanel-in yeni inkişaf mərhələsinə qədəm qoyduğu hesab olunur.  Modanın inkişafında xidmətlərinə görə, 2017-ci ildə Karl Lagerfeld Fransanın ən ali mükafatına layiq görülüb.

Qara şüşəli eynəkləri və kəsik barmaqlı qara əlcəkləri ilə yaddaşlara həkk olan Karl Lagerfeld XX əsrin ən öndə gedən modelyerlərindən biri idi.


Create Account



Log In Your Account