Apr 03 2020 11:46
Elshad Aliyev
Views: 75

Moldovanın tribuna.md informasiya portalında Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğalına dair məqalə dərc edilib.

AZƏRTAC-ın məlumatına görə məqalədə moldovalı jurnalist Kəlbəcər rayonu ilə bağlı oxuculara ətraflı məlumat verir. Bildirir ki, əhalisinin sayı təxminən 70 min olan Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, 53 mindən çox insan öz dədə-baba yurdlarına məcburi tərk edib.

Məqalədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcərin tarixi haqqında yazan müəllif, həmçinin orada mövcud olan tarixi-mədəni abidələrin ermənilər tərəfindən dağıdıldığını qeyd edir.


Create Account



Log In Your Account