Jan 18 2021 17:04
Elshad Aliyev
Views: 54

Moldova Prezidenti Maya Sandu Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Moldova prezidenti “Twitter”də bildirib.

“Görüş zamanı səhiyyə işçilərinin daha sürətlə peyvəndlənməsi, daha çox tibbi avadanlıq, Avropa İttifaqının yardımı və Moldovanın Avropaya inteqrasiya yolu və aparılacaq islahat imkanları müzakirə edilib. Etibarınız və dəstəyiniz üçün təşəkkür edirik”, - deyə Moldova Prezidenti qeyd edib.

Qeyd edək ki, görüş Moldova Prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub.


Create Account



Log In Your Account