May 06 2020 14:09
Elshad Aliyev
Views: 52

Moldovada son sutkada 7 nəfər koronavirusdan ölüb, bununla da ölkədə bu infeksiyadan ölənlərin sayı 140 nəfərə çatıb.

AZƏRTAC Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 4363-dür. 227 nəfərin vəziyyəti ağır, 439 nəfərin isə orta ağır qiymətləndirilir. 1658 nəfər isə tam sağalaraq evə buraxılıb.

Ümumilikdə Moldovada koronavirusla bağlı 21 mindən artıq test həyata keçirilib.


Create Account



Log In Your Account