Dec 25 2017 17:12
Ferah Sabirqizi
Views: 488

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “MoneyPolo” pulköçürmə sisteminin Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pulköçürmələri həyata keçirdiyini, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə olduğunu müəyyən etdiyi üçün onun ölkədə fəaliyyətini dayandırıb.

MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pulköçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pulköçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pulköçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib. Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pulköçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.


Create Account



Log In Your Account