May 19 2020 17:01
Elshad Aliyev
Views: 32

Monteneqro Podqoritsa və Tivatedəki aeroportlarını mayın 20-də açacaq. AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə aeroportlar yalnız şəxsi və biznes məqsədli uçuşlar üçün istifadə olunacaq. Daha sonrakı mərhələdə isə sərnişindaşıma üçün nəzərdə tutulan gündəlik aviareyslər yerinə yetiriləcək.

Hər iki hava limanının açılması dövlətin tədricən və məsuliyyətli şəkildə xarici vətəndaşları qəbul etmək niyyətini göstərir. İki həftə ərzində Monteneqroda koronavirusa yoluxma halı qeydə alınmayıb, ümumilikdə isə ölkədə virusa 324 nəfər yoluxub.

Monteneqronun qonşusu olan Serbiyada isə Belqrad aeroportu artıq fəaliyyət göstərir. Mayın 18-də aeroportdan uzun fasilədən sonra ilk dəfə “Wizzair” şirkətinin təyyarəsi ilə Belqrad-London reysi həyata keçirilib. Mayın 21-dən isə Belqraddan “Air Serbia” şirkətinin təyyarələri ilə London, Frankfurt, Sürix və Vyanaya reyslər həyata keçiriləcək.


Create Account



Log In Your Account